Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA GƏNC TÜRKOLOQLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI KEÇİRİLƏCƏK

18 Noyabr 2016

Noyabrın 21-22-də AMEA-nın Rəyasət Heyətinin, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfrans keçiriləcək.

 

Konfrans öz işinə AMEA-nın əsas binasında (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, II  mərtəbə) noyabrın 21-də saat 11:00-da plenar iclacla başlayacaq. Daha sonra  konfrans öz işini Şərqşünaslıq İnstitutunda (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, VII  mərtəbə) keçiriləcək 4 bölmə üzrə (Türk dillərinin tarixi; Türk xalqlarının ədəbiyyatı; Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası; Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri) iclaslarda davam etdirəcək.

Noyabrın 22-də saat 16:00-da Şərqşünaslıq İnstitutunda konfransın bağlanışı olacaq.

Download Template Joomla 3.0 free theme.