Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

GÖVHƏR BAXŞƏLİYEVA YENİ MİSİR SƏFİRİ İLƏ GÖRÜŞÜB

08 İyul 2016

 

Bu günlərdə millət vəkili, Milli Məclisin Azərbaycan-Misir dostluq qrupunun rəhbəri, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Syuzan Qamil Hoahla görüşüb.

 

Misir səfirliyində baş tutan çox səmimi tanışlıq görüşündə tərəflər görüşdən məmnunluq ifadə edərək, onları maraqlandıran məsələlərin ətraflı müzakirəsini aparıb, yeni seçilmiş Misir Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Azərbaycan və Misir xalqlarını birləşdirən çoxsaylı tarixi, dini, mədəni dəyərlərdən, iqtisadi əlaqələrdən, dostluq və həmrəylik bağlarından söhbət açıldığı görüşdə bu istiqamətdə yeni-yeni uğurların əldə edilməsinə dərin inam ifadə edilib.

G.Baxşəliyeva Misir səfirinə Azərbaycanda ərəbşünaslığın inkişafından, Şərqşünaslıq İnstitutunda bu sahədə görülən işlərdən ətraflı bəhs edib.

Download Template Joomla 3.0 free theme.