Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İRANIN XARİCİ İŞLƏR NAZİRLİYİNİN RƏSMİSİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLDU

03 İyun 2016

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Təhqiqatlar və Tədris Mərkəzinin sədri Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 3-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Qonaqları İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin və səfirliyin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edirdilər.



Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşdü.

G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə məlumat verərək, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən ətraflı danışdı. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların açıldığını deyən Gövhər xanım, bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd etdi.

Hadi Süleymanpur Azərbaycanın mədəniyyətlərin beşiyi olduğunu deyərək, hər iki ölkə xalqlarının müştərək irslərinin dünyaya tanıtdırılmasında qarşılıqlı əməkdaşlığın böyük faydasının olduğunu vurğuladı.

Şərqşünaslıq İnstitutunun İranın istənilən universiteti ilə əlaqələr qurmasına yardımçı olmağa hazır olduqlarını deyən H.Süleymanpur qarşılıqlı əməkdaşlıq sahəsində bir çox işlərin görülməsinin mümkünlüyündən danışaraq, tarixi sənədlər sahəsində müştərək elmi əsərlərin ortaya qoyulması, müvafiq sahədə sərgilərin təşkili təkliflərini irəli sürdü. İranlı diplomat ölkəsinin Xarici İşlər Nazirliyinin nəzdindəki Diplomatik Universitetdə azərbaycanlı bakalavrların bir illik təhsil alaraq magistr dərəcəsinə çatmaq imkanlarının olduğunu və bu işdə hər cür yardımın göstərilməsinə hazır olduqlarını bəyan etdi.

Download Template Joomla 3.0 free theme.