Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA YAP ÖZƏYİNİN TƏSİS İCLASI KEÇİRİLİB

20 Aprel 2016

Aprelin 20-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yeni Azərbaycan Partiyasının özəyinin təsis iclası keçirildi. İclasda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, sədr müavini Qərib Məmmədov, YAP-ın AMEA üzrə koordinatoru Xədicə İsgəndərli iştirak edirdilər.

 

Toplantını giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva tədbirin məramını açıqladı və institutda YAP-ın özəyinin yaradılmasını çox mühüm hadisə kimi dəyərləndirdi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov iclasda geniş çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, fəaliyyətindən və müstəqillik illərində Azərbaycan dövlətinin uğurlarından danışdı.

Tədbir çərçivəsində Tağı Əhmədov partiya sıralarına qəbul olunmaq istəyən institut əməkdaşları ilə ayrı-ayrılıqda tanış oldu. Sonra, gündəliyə əsasən, YAP-ın Şərqşünaslıq İnstitutundakı özəyinə ilk öncə 7 nəfərlik idarə heyəti, sonra sədr və sədr müavinləri seçildilər. İnstitutun əməkdaşlarından f.ü.f.d. Lalə Bayramova sədr, f.ü.f.d. Xanımzər Kərimova sədr müavini seçildilər.

Download Template Joomla 3.0 free theme.