Sonra Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Gəncə regional mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Xarici siyasət və beynəlxalq münasibətlər kafedrasının doktorantı Səbuhi Abbasovun “İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm və İslam həmrəyliyi siyasətinin əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib.
Mövzu üzrə müzakirələrdə AMEA Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “İlham Əliyev siyasətində Azərbaycançılıq ideologiyası: tolerantlıq və multikulturallıq zəminində” mövzusunda, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər Azərbaycan tarixi şöbəsinin elmi işçisi Günel İsmayılova “İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtdırılmasında AMEA Tarix İnstitutunun rolu”, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırova “Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi”, AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanov “Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli” mövzusunda məruzələrlə çıxış ediblər.
