Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTU SƏUDİYYƏ ƏRƏBİSTANININ ƏRƏB DİLİNƏ XİDMƏT ÜZRƏ BEYNƏLXALQ MƏRKƏZİ İLƏ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR

07 Fevral 2019

Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzinin nümayəndə heyəti fevralın 7-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Mərkəzin baş katibi dr. Abdullah əl-Vəşminin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.

 

G.Baxşəliyeva qonaqlara Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. O, rəhbərlik etdiyi institutda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. Direktor müəssisələr arasında əlaqələrinin genişləndirilməsinin hər iki tərəfə fayda verəcəyini bildirib.

Sonra dr. Abdullah əl-Vəşmi təmsil etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib. O, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib.

Daha sonra Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin nümayəndələri Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüblər. Görüşdə dünyada 22 ölkənin rəsmi dili, həmçinin BMT-nin 6 rəsmi və işlək dillərindən biri kimi beynəlxalq status qazanmış ərəb dilinin qorunub inkişaf etdirilməsində Səudiyyə Ərəbistanının rolundan söhbət açılıb, suallar cavablandırılıb.

 

 

 

 

 

Download Template Joomla 3.0 free theme.