Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

27 Noyabr 2018

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 

“Şöhrət” ordeni ilə

 Əlibəyov İnqilab Vəlibəy oğlu

“Tərəqqi” medalı ilə

 Abıyev Aydın Müstəcəb oğlu

 Cəfərov Vilayət Abbasqulu oğlu

 Həsənova Esmeralda Yusub qızı.

  

İlham Əliyev

 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il.

Download Template Joomla 3.0 free theme.