Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şükrü Haluk Akalın Şərqşünaslıq İnstitutunda olub

03 İyul 2026

Türkiyənin tanınmış alimi, Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalın iyulun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Türkiyəli alim AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb.



Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda türkologiya sahəsində aparılan araşdırmalar barədə məlumat verib. Professor Şükrü Haluk Akalın Şərqşünaslıq İnstitutunun türkoloji tədqiqatlarını yüksək qiymətləndirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunun türkologiya sahəsinə aid yeni nəşrlərini təqdim edib. Professor Şükrü Haluk Akalın da öz növbəsində Türkiyədə bu sahəyə aid nəşr olunmuş kitabları Şərqşünaslıq İnstitutuna hədiyyə edib.

Download Template Joomla 3.0 free theme.