Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN MÜLKİ MÜDAFİƏ QÜVVƏLƏRİNİN XƏBƏRDARLIQ VƏ TOPLANIŞ MƏŞQİ KEÇİRİLİB

12 Oktyabr 2018

 

Oktyabrın 12-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqlərin mövzusu “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.

 

 

Məşqlərdə İnstitutun mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib. Məşqlərdə mülki müdafiə qüvvələrinin toplantısı elan edilib, şəxsi heyətin qeydiyyatı aparılıb, mülki müdafiı qüvvələri hazır vəziyyətə gətirilib.

 

Şərqşünaslıq İnstitutunun mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi qənaətbəxş hesab edilib.

Download Template Joomla 3.0 free theme.