Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

GƏNC ŞƏRQŞÜNAS MÜKAFATLANDIRILDI

29 İyun 2018

2018-ci il iyunun 29-da keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıblar. Qaliblərə mükafatları AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

 

Akademiya prezidentinin 5 aprel 2018-ci il tarixli sərəncamına əsasən, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır.

Müsabiqədə Akademiyanın 46 gənc alimi iştirak edib. Müsabiqənin nəticələrinə görə, mükafata 14 gənc alim layiq görülüb. Qaliblər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında Şərqşünaslıq İnstitutunun elmi işçisi Ülkər Baxşiyeva da var.

Müsabiqədə I yerə Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Ziyarət Paşayeva və Qafqazşünaslıq İnstitutunun aparıcı elmi işçisi Elnur Kəlbizadə, II yerə Radiasiya Problemləri İnstitutunun mühəndisi Səbuhi Nuruyev və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Mehman Həsənov, III yerə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Səmra Mirzəyeva və Şərqşünaslıq İnstitutunun elmi işçisi Ülkər Baxşiyeva layiq görülüblər.

Ülkər Elman qızı Baxşıyeva 2018-ci il  fevral  ayından    AMEA     akad.  Z.M.Bünyadov  adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində  elmi  işçi vəzifəsində çalışır, filologiya üzrə fəlsəfə doktorudur

Ülkər  Baxşıyeva 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı üzrə əyani doktoranturasına daxil olmuşdur. 2017-ci ildə  dissertasiya işini vaxtından əvvəl tamamlayaraq, müdafiəyə təqdim etmişdir. 2017-ci ilin dekabr ayında AAK-ın kollegiya qərarı ilə  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomu almışdır. 8-i xaricdə olmaqla 20-dən çox elmi məqalə və tezisin müəllifidir. Məqalələri Azərbaycan, Türkiyə, Ukrayna, Monqolustan və digər ölkələrdə dərc olunmuşdur. 8 Beynəlxalq elmi konfransın iştirakçısı olmuşdur.  Hazırda beş məqaləsi Türkiyədə və Azərbaycanda çap prosesindədir.  Əməkdaşımız f.ü.f.d. Ülkər Baxşıyevanı təbrik edirik, ona elmi fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Download Template Joomla 3.0 free theme.