Namiq Abdullayev birinci Qarabağ müharibəsinin də veteranıdır. Vətən müharibəsinə də bir veteran kimi hərbi təcrübəsini döyüşçülərlə paylaşmaq üçün qatılmışdı. Namiq müəllim yeni yaradılan veteranların koordinasiya mərkəzinin heyəti tərkibində cəbhə bölgəsinə yollanmışdı.
Mərkəzin qərargah rəisi kimi bir sıra cəbhə və cəbhəətrafı rayonlarda olan Namiq Abdullayev Ağdam, Füzuli, Hadrut ətrafında gedən döyüşlərdə iştirak edib.