Şərqşünas alim konfransda "Qloballaşma dövründə Azərbaycanda təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasının bəzi çətinlikləri” mövzusunda məruzə edib. Məruzədə müstəqillik qazandıqdan sonra Azərbaycan təhsilində aparılan islahatlardan və onun dünya təhsil standartlarına uyğunlaşdırılması prosesində qarşıya çıxan bəzi problemlər haqqında məlumat verilib. Eyni zamanda həmin problemlərin həlli istiqamətində atılması zəruru olan addımlar nəzərə çatdırılıb.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünas alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov iyulun 2-də Qazaxıstan Fəlsəfə, Siyasi Elmlər və Din Araşdırmaları İnstitutu və Qazaxıstan Ablay Xan adına Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinin təşkil etdiyi “Qloballaşan kommunikasiya çərçivəsində Mərkəzi Asiya: sərhəddən kənar dəyərlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda onlayn iştirak edib.