Konfransda “İraqdakı dini-elmi hövzələrdə Azərbaycan mirası – İrəvani və Badkubeyi mədrəsələri” adlı məruzə ilə çıxış edən Hilal Ağamoğlanov Azərbaycanın İraqda dini-elmi və mədəni mirası olan tədirs mərkəzlərinin təsis tarixləri, bu elmi ocaqların fəaliyyət və nailiyyətləri, dini-ictimai fikrin formalaşmasına təsirləri barədə apardığı araşdırmalar barədə məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın tarixi torpağı olan İrəvanın islam alimlərinin Nəcəf şəhərində təsis etdikləri və 100 ildən artıq müddətdə mövcud olmuş İrəvani mədrəsəsi, həmçinin Kərbəla və Nəcəf şəhərlərində fəaliyyət göstərmiş Badkubeyi mədrəsələri haqqında geniş məlumatları beynəlxalq konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans materialları nəşr olunaraq elmi ictimaiyyətin ixtiyarına verilib.