Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşı İranda keçirilən beynəlxalq konfransda məruzə edib

14 May 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova İranda keçirilən I Beynəlxalq Persepolis Elmi Araşdırmalar və İnnovasiyalar Konfransında onlayn iştirak edib. “Həyat təcrübələrinin paremik vahidlərdə əksi” adlı məruzədə  tədqiqat predmeti kimi Məhəmməd Mirkiyaninin “Raz-e məsəlha-ye ma” (Bizim məsəllərimizin sirri) əsəri təhlilə cəlb edilib, özündə dərin mənaları ehtiva edən, cild-cild kitablar dolusu hikməti daşıyan bu el yaradıcılığı nümunələrinin yaranma mənbələri, etimologiyası, tədqiqi tarixi ilə əlaqəli məlumatlar əksini tapıb. Qeyd olunub ki, hər bir xalqın milli təfəkküründə cilalanmış tarixi təcrübənin, bədii idrak və təxəyyülün  təsdiqi olan ataların sözləri digər tərəfdən milli olduğu qədər də bütün insanlığa xitabı ilə əlaqədar ümumbəşəridir.



Məruzə konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Download Template Joomla 3.0 free theme.