Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyası milli-mənəvi dəyərlərin və mədəniyyətin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edir. Bu dəyərlər xalqın tarixini, dilini, adət-ənənələrini, dini inanclarını, musiqisini, ədəbiyyatını və ümumilikdə mənəvi irsini əhatə edir. Konstitusiyada bu dəyərlərin qorunması hüquqi zəmanət altına alınaraq, onların gələcək nəsillərə ötürülməsi və inkişafı üçün əsaslar yaradılır.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə dərc edilib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşı Aynurə Məmmədovanın “Azərbaycanda milli və mədəni dəyərlərin qorunmasında Konstitusiyanın önəmi” adlı məqaləsi Türkiyədə “Kültürel Azerbaycan” jurnalında dərc olunub.