Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim Ankarada keçirilən beynəlxalq konfransda məruzə edib

17 Mart 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova martın 16-18-də Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Ankara Multidisiplinar Elmlər Konfransında onlayn şəkildə iştirak edib.



Şərqşünas alim konfransda “İranda türk mənşəli toponimlərin araşdırılması” mövzusunda məruzə edib. Azərbaycanda müstəqillik əldə edildikdən sonra, dilçilərin qarşısında duran məsələlərdən birinin, qonşu dövlətlərin, türk mənşəli toponimlərinin araşdırılması olduğunu deyən A.Həsənova coğrafi adların, toponimlərin müxtəlif növləri arasında həm tarixi, həm də genetik əlaqə mövcud olduğunu qeyd edib. Məruzəçi bildirib ki, İranın 24 ostanında türklər çoxluq təşkil edir. Coğrafi adlar hər hansı bir ərazidə tarixən mövcud olmuş və hazırda mövcud olan xalqların tarixi keçmişini, mədəniyyətini, iqtisadiyyatını, ictimai və sosial vəziyyətini, adət və ənənəsini, eləcə də dillərinin aradan çıxmış, arxaikləşmiş, müəyyən xüsusiyyətlərini əks etdirir. Nəticədə - İranın bütün ostanlarında türklər çoxluq təşkil edir və toponimlər də çox qədimdir.

 

Download Template Joomla 3.0 free theme.