Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Sübhan Talıblı “XXI əsrdə Beynəlxalq Münasibətlərin əhəmiyyəti" mövzusunda vebinarda

26 Fevral 2025

Global Research-ün təşəbbüsü ilə 23 fevral 2025-ci ildə "XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti" mövzusunda vebinar təşkil edilib. Tədbirdə beynəlxalq münasibətlər sahəsində tanınmış mütəxəssislər iştirak edərək qlobal diplomatiyanın, texnologiyanın və tarixi yanaşmaların bu sahəyə təsiri barədə müzakirələr aparıblar.

 Bu vebinar Global Research təşəbbüsünün bir hissəsidir. Layihə üç beynəlxalq konfrans, üç vebinar və iştirakçılar üçün fasiləsiz asinxron dəstək xidmətlərini əhatə edir. Layihənin ilk konfransı Sinqapurda (SMU) keçirilib, ikinci konfrans 13 aprel 2025-ci ildə Qahirədə keçiriləcək, final konfransı isə Şuşada baş tutacaq.

 

Vebinarda AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Beynəlxalq münasibətlərdə həssas yanaşmalar” mövzusunda çıxış edərək qlobal əməkdaşlığın tarixi perspektivləri, diplomatiya və mədəni həssaslığın balansı, keçmiş beynəlxalq münaqişələrdən dərslərdən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasətinin əsas aspektlərini vurğulayıb. Alim qeyd edib ki, Azərbaycan 177 ölkə ilə diplomatik əlaqələr qurub və 80-dən çox səfirlik və konsulluğa ev sahibliyi edir, eyni zamanda 62 ölkədə öz diplomatik nümayəndəliklərinə malikdir.

 İnteraktiv sual-cavab və açıq müzakirə sessiyasında iştirakçılar məruzəçilərlə birbaşa əlaqə yaratmaq imkanı əldə ediblər və beynəlxalq münasibətlərin gələcək perspektivlərini araşdırıblar.

Vebinarda ADPU-nun Şamaxı filialının, Bakı Qızlar Universitetinin və AZMIU-nun professor-müəllim və tələbə heyəti, müxtəlif ölkələrdən olan akademik auditoriya iştirak edib.

Tədbirin sonunda vebinar iştirakçılarına sertifikatlar təqdim olunub.

Download Template Joomla 3.0 free theme.