Aprelin 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Toplanışın mövzusu “Fövqəladə halların nəticələrinin aradan qaldırılmazı zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.
Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin qərargah rəisi Namiq Abdullayevin keçirdiyi toplantıda İnstitutun Mülki müdafiə qüvvələrinin hazırlığı yoxlanılıb, təlimatlar verilib. Tədbirdə mövzu ilə bağlı maarifləndirici slaydlar nümayiş etdirilib.

