Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim Daşkənddə keçirilən beynəlxalq konfransda məruzə edib

14 Fevral 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Səmədova 10-15 fevral tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən II Beynəlxalq Türk Dünyasının Gənc Alimlərinin  konfransında iştirak edib.



Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Rusiyadan 286 iştirakçının qatıldığı konfransda şərqşünas alim “Cümhuriyyət dövrü Türkiyə ədəbiyyatının Azərbaycanda araşdırılması” mövzusunda məruzə edib. Ü.Səmədova Cümhuriyyət dövrü Türkiyə ədəbiyyatı ilə bağlı Azərbaycanda, xüsusilə AMEA-nın Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparılan araşdırmalar, Türkiyə türkcəsindən Azərbaycan dilinə edilən tərcümələr haqqında geniş məlumat verib.

Download Template Joomla 3.0 free theme.