Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim Qırğızıstanda beynəlxalq konfransda məruzə edib

18 Dekabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə həmin ölkənin Elmlər Akademiyası, Jusup Balasaqın adına Qırğızıstan  Milli Universiteti və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkil etdiyi “MDB-də rərəmsal transformasiya dövründə rus dili” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.



Şərqşünas alim konfransda "Azərbaycan elminin inkişafında rus dilinin rolu" mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Azərbaycanda 1828-ci ildən etibarən rus dili mövcud olmağa başlayıb. Öncə rus-tatar məktəbləri açılıb, əhalinin siyahıya alınması aparılıb və digər sahələrə də siraət edib. 2 il ömür sürmüş Azərbaycan Demokratik Respublikasından sonra yeni qurulan sovet rejimində də rus dili istifadədən kənarda qalmayıb, bir çox sahələrdə inkişaf edib. G.Qafqazlı bildirib ki, bu gün də Azərbaycan bəzi ölkələrdə olan arxiv sənədlərinin tərcüməsi sahəsində, mədəni əlaqələrin qurulması və s. sahələrdə rus dilindən istifadə edir.

Download Template Joomla 3.0 free theme.