M.Babaşlı seminarda “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü” mövzusunda məruzə edib. Məruzəçi Abbasqulu ağa Bakıxanovun həyatından və zəngin elmi və bədii yaradıcılığından bəhs edib, onun bədii əsərlərlə yanaşı tarixə, coğrafiyaya, fəlsəfəyə, astronomiyaya, dinə dair yazdığı əsərlər haqqında məlumat verib. Xüsusilə “Təhzibül əxlaq” və “Nəsihətnamə” əsərlərinin mənəvi-əxlaqi dəyərlərin qorunmasında əhəmiyyətindən danışıb.
M.Babaşlı həmçinin Bakıxanovun 1832-ci ildə yeni tipli Üsuli-cədid müsəlman məktəbinin ilk təşəbbüskarı olduğunu vurğulayıb. Təəsüf ki, Bakıda açılmalı olan bu məktəbin yaradılması ideyası çar məmurları tərəfindən qəbul edilməyib. Üsuli-cədid məktəbləri Azərbaycanda ancaq 19-cu əsrin sonlarında təşəkkül tapıb.
Seminarda daha sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.