Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim “Qlobal iqlim dəyişiklikləri: Həll yolları” mövzusunda seminarda məruzə edib

25 Noyabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı noyabrın 20-də COP29 çərçivəsində keçirilən “Qlobal iqlim dəyişiklikləri: Həll yolları” mövzusunda seminarda iştirak edib.

Mavi zonada təşkil edilən zeminarda şərqşünas alim “Misirdə şirin su layihələri: 2014-2024-cü illər üçün davamlı inkişaf planları” mövzusunda məruzə edib.

 

Misirdə də mövcud olan şirin su problemindən danışan G.Qafqaslı bu ölkənin ərazisinin böyük və əhalisinin çox olduğundan suya ehtiyacının günbəgün artmaqda olduğunu bildirib: “Misirin  içməli suyunu təmin edən təbii "su quyusu" Nil çayıdır. Nilin suyu həm içmək, həm kənd təsərrüfatı, həm sənayedə və digər sahələrdə də istifadə edilir. Lakin su ehtiyacını ödəmək üçün bu yetərli deyildir və məsələnin həlli üçün Misir prezidenti yeni layihələrin həyata keçirilməsinə öz razılığını vermişdir. Belə ki, içməli su üçün Misiri əhatə edən  Aralıq dənizi və Qırmızı dənizin sularını şirin suya çevirmək müəyyən qədər də olsa problemin həlli yolunda atılan bir addımdır. Sözsüz ki, bu problemin həlli üçün yalnız dəniz sularının şirin suya çevrilməsi deyil, eyni zamanda digər həll yolları da həyata keçirilməsi üçün layihələrin hazırlanması və istifadə edilməsi düşünülmüşdür.

Download Template Joomla 3.0 free theme.