Məruzəçi Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin mühüm tərkib hissəsi olan ekoloji siyasətindən, onun 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə qəbul edilmiş ekoloji mahiyyətli sərəncam, qərar və qanunlar haqqında da danışıb. Məruzəçi onu da qeyd edib ki, Ulu Öndərin maddi sərvətlərimizə - meşələrə, dağlara, çaylara, yaşıllıqlara, bulaqlara, bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının ən prioritet istiqamətlərindən idi.