AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransında "Azərbaycanda dini təhsilin formalaşması: reallıqlar və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.
E.Mustafayev məruzə zamanı Azərbaycanda dini təhsilin tarixi kökləri, inkişaf mərhələləri, beynəlxalq dini təhsil modelləri, müasir çağrışlara uyğun düzgün dini maarifləndirmə işinin, həmçinin müxtəlif təhsil mərhələlərində dini təhsilin təşkili, o cümlədən ölkəmizdə dini təhsil sahəsində reallıqlar və perspektivlər haqqında bir sıra məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.