Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimin məqaləsi yüksək beynəlxalq indeksli jurnalda dərc olunub

06 Fevral 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya ölkələri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın “XX əsrin ikinci yarısında Azərbaycan və özbək şeirinin milli və ideoloji yöndə qarşılaşdırılması” adlı məqaləsi Türkiyədə Əhməd Yəsəvi Universitetinin “Web of science” və “SCOPUS” bazalarına daxil olan “Bilig” Türk dünyası sosial elmlər dərgisində dərc olunub.



Məqalədə qeyd edilir ki, Azərbaycan və özbək türklərinin ədəbi-mədəni əlaqələri  köklü tarixə və ənənələrə malikdir. İbn Sina, Xarəzmi, Buhari, Uluğ Bəy, Əlişir Nəvai kimi məşhur şəxsiyyətlər, mütəffəkir şairlər Azərbaycanda əsrlərdir ki, böyük hörmətlə anılır. Xaqani, Nizami, Nəsimi, Füzulini özbək xalqı öz şairləri kimi oxuyub öyrənirlər.

Məqalədə Azərbaycan və özbək şeirində Sovet sisteminin qadağan etdiyi milli, tarixi, türk birliyi kimi mövzularda yazılan ədəbi nümunələr araşdırılır, mövzu, fikir, ideya, ahəng paralellərindən bəhs olunur. Qeyd olunur ki, 1950-ci illərdə, Stalinin ölümündən sonra dünya ədəbiyyatındakı yenilənmənin təsiri ilə xalqlarımızın ədəbiyyatında milli mövzular üstü qapalı şəkildə ələ alınmağa başladı. Bu dönəmdə milli şeiri əsarətdən qurtarmaq üçün qələmləri ilə döyüşən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Abdulla Aripov, Erkin Vahidov, Cemal Kemalın yaradıcılıqları ortaq mövzular, ortaq xüsusiyyətlər, fikir bənzərlikləri, bədii təsir və bəhrələnmə kontekstində təhlil olunur, Sovet idarəçiliyinə qarşı milli şairlərin mübarizəsindən söz edilir.

Download Template Joomla 3.0 free theme.