Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə qonaqlara məlumat verib, eləcə də, Şərqşünaslıq İnstitutunun Rusiyanın bir sıra elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığından danışıb.
İ.Zinnurov mövcud əməkdaşlığı genişləndirməkdən, Bakıdakı Rus Evinin köməkliyi ilə Rusiyanın digər elm və təhsil müəssisələri ilə də əlaqələr qurmağın perspektivlərindən söz açıb.
Görüşdə mədəniyyətlərarası mübadilə sahəsində əməkdaşlıq, birgə elmi seminarların, konfransların təşkili imkanları müzakirə edilib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Bakıdakı Rus Evinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov və əməkdaşı Yelena Svileva fevralın 1-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.