Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda "Heydər Əliyev və Azərbaycan elmi " mövzusunda elmi seminar keçirilib

06 İyun 2023

İyunun 5-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan elmi " mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu deyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı xatırladıb və bununla əlaqədar bütün ölkəmizdə olduğu kimi, AMEA-da da bir çox tədbirlərin həyata keçirildiyini bildirib.

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlərdən söz açan akademik G.Baxşəliyeva bu ilin 3-4 may tarixlərində Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin iştirakı ilə keçirilmiş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransı, 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbiri xatırladıb, bir sıra kitabların, o cümlədən Ulu Öndərə həsr olunmuş məqalələr toplusunun çapa hazırlandığını, bir neçə seminarın keçirilməsinin planlaşdırıldığını qeyd edib və bunlardan birincisinin hazırda keçirilən "Heydər Əliyev və Azərbaycan elmi " mövzusunda elmi seminarın olduğunu qeyd edib.

Seminarda institutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova "Heydər Əliyev və Azərbaycan elmi " mövzusunda məruzə edib. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında böyük xidmətləri olduğunu deyən məruzəçi, Ümummilli Liderin 70-ci illərdən başlayaraq Akademiyaya xüsusi diqqət göstərdiyini bildirib. Keçmişdə ölkə sərhədlərini çətinliklə aşa bilən Azərbaycan alimlərinin üzünə, məhz Heydər Əliyevin hakimiyyət illərində keçmiş İttifaqın bütün nüfuzlu təhsil və elmi-tədqiqat mərkəzlərinin qapılarının açıldığını deyən L.Bayramova Ulu Öndərin uzaqgörənliyi və qüsursuz milli elmi strategiyası sayəsində alimlərimizin o dövrdə böyük bir coğrafi məkanda ölkə elmini layiqincə təmsil etdiklərini vurğulayıb: “Belə strategiya üzərində qurulmuş inkişaf sayəsində, Azərbaycanda milli təfəkkürə malik ziyalı ordusu yetişdi və bu ziyalı ordusu, sonda Azərbaycanın müstəqilliyə qovuşmasına öz töhfəsini verdi”.

XX əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyasının respublikanın inkişafına xidmət edən elmi ideyaların, ixtiraların və kəşflərin əsas mərkəzinə çevrildiyini deyən məruzəçi, müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi dövründə də ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində həyata keçirilən önəmli tədbirlərdən bəhs edib, Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilməsini, 4 yanvar 2003-cü il tarixli Fərmanının isə AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verdiyini xatırladıb.

İnstitutun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova seminarda “Heydər Əliyevin Azərbaycan və Misirin elm-təhsil əlaqələrində rolu” mövzusunda məruzə edib. Heydər Əliyevin  Azərbaycan və Misir əməkdaşlığının banisi olduğunu deyən məruzəçi Ulu Öndərin iki ölkə arasında bu sahədə əlaqələrinin yaranmasında müstəsna rolundan bəhs edərək, sonrakı illərdə də Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən Misirlə, eləcə də digər ərəb ölkələri ilə elm, təhsil, iqtisadi-siyasi, ədəbi-mədəni əlaqələrin inkişaf etdirildiyini bildirib. Misirlə əlaqələr sahəsində Misirdə Azərbaycan, Azərbaycanda Misir Mədəniyyəti Günlərinin keçirildiyini, bu ölkənin universitetləri ilə təcrübə mübadiləsi aparıldığının, Misir və Azərbaycan arasında  elm və tədqiqat mübadiləsi proqramları çərçivəsində şərqşünas alimlərimizin bu ərəb ölkəsində, misirli alimlərin isə Şərqşünaslıq İnstitutunda olduqlarını qeyd edib.

Sonda məruzələr ətrafında çıxışlar olub. Çıxışlarda Ulu Öndərin Azərbaycan elminin inkişafında misilsiz xidmətləri qeyd edilib.

 

 

 

 

Download Template Joomla 3.0 free theme.