“Nazar eyle itiri, bazar eyle götürü,
Yaradılanı hoş gör,Yaradan’dan ötürü.”
Əsərləri yazıldığı dövrdən günümüzə qədər öz aktuallığını və dəyərini qoruyub saxlamışdır. Yunus Əmrənin dildən dilə dolaşan misraları Türk mədəniyyətinin bir parçasına çevrilmişdir. Şeirlərində ələ aldığı mövzulari sadə, aydın bir türkcə ilə yazmışdır. Fikirlərini səmimi bir şəkildə ifadə etməsi şeirlərinin təsir gücünü artırmışdır. İnanclarını və düşüncələrini sənət dili vasitəsi ilə ifadə etməsindəki müvəffəqiyyəti, Yunus Əmrənin həm ədəbiyyatımızda, həm də mədəniyyətimizdə xüsusi bir yer tutmasını təmin etmişdir.
Yunus Əmrənin həyatı, əsərləri və fikirləri indiyə qədər bir çox yerli və xarici tədqiqatçıların diqqətini çəkmişdir. Bu mövzularda bir çox nəşrlər olmuşdur. Bununla belə, bu məşhur insanın həyatına, əsərlərinə, düşüncələrə təsiri ilə bağlı bir çox məqamlara toxunmaq və yeni bir baxış bucağı ilə araşdırmalar aparmaq, şübhəsiz ki, mədəniyyət tariximizə mühüm töhfələr verəcəkdir. Buna əsasən, 2021 Yunus Əmrə ilinin mənasına və əhəmiyyətinə uyğun olaraq AMEA Şərqşünaslıq İnstitutu Beynəlxalq Simpozium təşkil etmək qərarı verdi. Bu Simpoziumun mövzusu “21-ci əsrdə Yunus Əmrəni anlamaq” olaraq təyin olundu. Beynəlxalq Simpoziumun mövzuları aşağıda verilmişdir.
Mövzular:
1. Yaşadığı dövrdən günümüzə Yunus Əmrə təsiri
2. Dünya ədəbiyyatında Yunus Əmrə
3. Yunus Əmrənin Türk ədəbiyyatında yeri və önəmi
4. Türk yazı dilinin formalaşamsında Yunus Əmrənin rolu
5. Türk mədəniyyəti və Yunus Əmrə
6. Yunus Əmrə və təsəvvüf ədəbiyyatı
7. Yunus Əmrə və dil (dilçilik)
8. Yunus Əmrə və musiqi
Mühüm tarixlər:
Simpoziumun elanı: 10 iyun 2021
Xülasə göndərmək üçün son tarix: 26 iyun 2021
Qəbul edilən xülasələrin elan edilməsi: 30 iyun 2021
Tam mətnin göndərilmə tarixi: 15 avqust 2021
Simpoziumun tarixi: 16 iyul 2021
Xülasələrin qiymətləndirilməsi:
Məqaləniz alındıqda dərhal elmi heyətə göndərilir. Məqaləniz aparılmış qiymətləndirmələr nəticəsində qəbul olunarsa, təxirə salmadan qəbul məktubunuz elektron poçtla sizə göndəriləcəkdir. Tam mətnlər kitab şəklində və ya AMEA Şərqşünaslıq İnstitutunun nəzdində olan elmi heyətli və AAK-ın siyahısında olan jurnalda dərc olunacaqdır.
Simpoziumda işlək dillər:
Azərbaycan, türk, rus, ingilis dilləri
Yazı qaydaları:
Xülasənin yazı qaydası
- Times New Roman şriftində, 11 mm
- Ən azı 3 açar söz
- Həcmi 250-350 söz
- İngiliscə xülasə şərtdir
- Məruzənin adı, müəllifin adı və soyadı, işlədiyi yer, email ünvanı və əlaqə nömrəsi mütləq qeyd edilməlidir
- Digər bütün əyarlar (sətirlərarası məsafə və s.) Nəşriyyat Evi tərəfindən veriləcəkdir
Məruzənin yazı qaydası ( məqalə göndərmək şərt deyil)
- Times New Roman, 11 mm
- Ən azı 3 açar söz
- Həcm sərhədi yoxdur.
- Müraciətdə istifadə etdiyiniz xülasə tam məruzədə yer almalıdır.
- Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır.
- Buradakı yazı qaydaları, Simpoziumun məqalələr toplusunun nəşri üçün keçərlidir.
Başlıq
Hər yazının yazıldığı dildə, türkcə və ingiliscə başlığı olmalıdır. Bu, mətnin məzmununu qısa, açıq və yetərli ölçüdə əks etdirməli, böyük hərflərlə və tünd yazılmalı, on beş sözü keçməməlidir.
Müəllifin ad(lar)ı və ünvanları
Yazı başlığının sağ altında olmalı, soyadın hamısı böyük hərflərlə yazılmalı, müəllifin elmi adı, elmi dərəcəsi, işlədiyi yer,elektron ünvanı istinadda göstərilməlidir.
Xülasə və açar sözlər
Azərbaycan dilində xülasə araşdırmanın məqsədini, tədqiqat obyektini və nəticəsini əhatə etməlidir. Xülasə ən azı iki yüz əlli-üç yüz söz həcmində olmalı, xülasənin bir sətir altında ən azı üç, ən çoxu səkkiz sözdən ibarət açar söz yazılmalıdır. Ayrıca xülasənin, başlığın və açar sözlərin ingilis dilində qarşılığı da olmalıdır. Digər dillərdə yazılan məqalələrdə də Azərbaycan dilində, ingilis dilində və yazıldığı dildə başlıq, xülasə və açar sözlər yer almalıdır. Digər dillərdəki xülasələrdə dil xətalarına yer verilməməsinə xüsusi diqqət göstərilməlidir.
Əsas mətn
A4 formatlı elektron səhifədə yazılmalıdır. Paraqraf başlarında "TAB" düyməsi istifadə edilməlidir.Nöqtələmə işarələri özündən əvvəlki işarələrə bitişik yazılmalıdır. Həmin işarələrdən sonra bir hərflik boşluq buraxılmalıdır. Mətn dil qaydalarına uyğun tərtib edilməlidir.Tədqiqatın mövzusu, məqsədi, əhatə dairəsi, nəticəsi və digər elmi göstəricilər yetərli ölçüdə və nizamlı şəkildə göstərilməlidir.
Əsas başlıqlar: Hamısı böyük hərflərlə və tünd yazılmalıdır.
Ara başlıqlar: Hamısı tünd yazılmalı, ancaq hər sözün ilk hərfi böyük yazılmalı və başlığın sonunda sətirbaşı qoyulmalıdır.
Alt başlıqlar: Hamısı tünd yazılmalıdır, ancaq başlığın ilk sözündəki birinci hərf böyük, sonrakı sözlərin ilk hərfi kiçik yazılmalıdır. Başlığın sonunda sətirbaşı qoyulmalıdır.
Şəkil, tablo və fotolar: Şəkil, tablo və fotolar məruzənin əhatə dairəsindən kənara çıxmamalıdır. Mümkün qədər hərəsi bir səhifədə yerləşdirilməlidir. Şəkil və tablolar nömrələnməli və məruzənin dilinə müvafiq Azərbaycan və ya ingilis dilində adlandırılmalıdır. Nömrə və başlıqlar şəkillərin altında, tabloların isə üstünə gələcək şəkildə, sözlərin yalnız ilk hərfləri böyük yazılmalı, qısaltmalar və nəşrdə problem yaşamamaq üçün tünd-qara mürəkkəblə aydın xətlə yazılmalıdır. Tablolar, "WORD" proqramındakı müvafiq bölmədə işlənilməlidir. İstisna hallarda "EXCEL" tabloları istifadə edilə bilər. Ehtiyac duyularsa, izahedici istinadlar və ya qısaltmalar şəkil və ya tablonun öz altında verilməlidir. Ayrıca şəkillər üçün tətbiq edilən qaydalara əməl edilməlidir. Şəkil, tablo və rəsmlərin on səhifəni aşmaması arzuolunandır. Şəkil, tablo və rəsmlər eynilə nəşr edilə biləcək vəziyyətdə olmaq şərti ilə mətn içərisində düzgün yerləşdirilməlidir.
Qaynaqların göstərilməsi: Məruzələrdə göstərilən qaynaqlar əlaqədar yerdən dərhal sonra mötərizə içərisində müəllifin soyadı, əsərin nəşr tarixi və səhifə nömrəsi sırası ilə verilməlidir. Məs: ( Duymaz 1990: 28)
Birdən artıq qaynaq göstəriləcəyi halda əsərlər eyni mötərizə içərisində ən öncəki tarixli olandan ən yeni tarixliyə doğru, bir-birindən nöqtəli vergüllə ayrılaraq sıralanır. Məs: ( Beyzade 1982: 120; Duymaz 1990: 28)
İki müəllifli qaynaqlarda araya tire işarəsi(-) qoyulur. İkidən artıq müəllifli qaynaqlarda isə ikinci müəllifin soyadından sonra “v.b.” qısaltması yazılır. Məs: (Gündoğdu- Akalın 2003: 15), (Gündoğdu- Akalın v.b. 2005: 157)
Müəllifin adı cümlədə keçirsə, mötərizə içərisində tarix və səhifənin göstərilməsi kifayətdir. Məs: (1990: 28)
İstinadlar: İstinadlar, sadəcə göstərilməsi qaçınılmaz açıqlamalar üçün istifadə edilir və “İSTİNAD” - "DİPNOT" düyməsi ilə avtomatik olaraq verilir. Buradakı qaynaqlar da mötərizə içərisində müəllifin soyadı, əsərin nəşr tarixi və səhifə mömrəsi sırası ilə verilməlidir. Məs: (Kaya 2000: 15)
Sitatlar: Məruzələrdə göstərilən sitatlar dırnaq içərisində verilməli və sitatın sonunda qaynaq mötərizə içərisində göstərilməlidir. Beş sətirdən az sitat cümlə içərisində , beş sətirdən çox olan sitatlar isə səhifənin sağından və solundan 1sm. içəridə blok şəklində verilməlidir.
Ədəbiyyat siyahısı: Məruzədə istifadə edilən bütün qaynaqlar ədəbiyyat siyahısına salınmalı, məqalənin mövzusuna aid olsa belə, yazıda istifadə edilməyən əsər və ya qaynaqlar ədəbiyyat siyahısına daxil edilməməlidir. Ədəbiyyat siyahısı mətnin sonunda müəllif soyadlarına görə əlifba sırası ilə verilməlidir. Əsər adları italik (kursivlə) yazılmalıdır.
a) Kitab və kitap dəyərində əsərlər
Müəllifin soyadı və adı. Nəşr tarixi, adı (nəşr ili), kitabın adı, nəşr edildiyi şəhər, yayın evi.
b) Dövrü mətbuatdakı yazılar:
Jurnallar: Müəllifin soyadı, adı (il, ay). “məqalənin başlığı”, “jurnalın adı”, cild nömrəsi, səhifə sayı.
Qəzetlər: Müəllifin soyadı və adı (il, ay, gün). “yazının başlığı”, “qəzetin adı”, varsa səhifə nömrəsi.
c) Tezislər
Müəllifin soyadı, adı, tezisin başlığı, şəhər, institut və ya universitetin adı, (nəşr edilməmiş magistr və ya doktorluq işi) .
d) Məruzələr
Müəllifin soyadı, adı, il, məruzənin başlığı, simpozium və ya konfransın adı, tarixi, təşkilatçı idarə, şəhər, yayın evi, səhifə nömrəsi.
e) İnternet resursları
Müəllifin soyadı, adı, (son görüntülənmə tarixi), internet resursunun başlığı, internet adresi.
İdarə heyəti:
Akademik İsa Habibbeyli (AMEA)
Akademik Gövhər Baxşəliyeva (AMEA Şərqşünaslıq İnstiututu)
Mehmet Cemal Çifçigüzeli (Mehmet Akif Ərsoy Vəqfi)
Ptof.Dr. Mustafa Tatçı (Qazi Universiteti)
Elmi heyət:
Akademik İsa Habibbeyli AMEA (Azərbaycan)
Akademik Gövher Baxşəliyeva AMEA Şərqşünaslıq İnstitutu (Azərbaycan)
Prof.Dr. Nurullah Çetin Ankara Universiteti (Türkiyə)
Prof.Dr. Şevkiye Nas Akdeniz Universiteti (Türkiyə)
Prof. Dr. Rıdvan Canım Trakya Universiteti (Türkiyə)
Prof.Dr. Zekeriye Karadavut Akdeniz Universiteti (Türkiyə)
Prof.Dr. Nihat Karaer Mehmet Akif Ersoy Universiteti (Türkiyə)
Prof. Dr. Babaxan Muhammed Şerif Daşkent Devlet Universiteti (Özbəkistan)
Prof. Dr. Hamidullah Baltabayev Özbəkistan Beynəlxalq Universiteti (Özbəkistan)
Prof Dr. Alfina Sıbqatulina Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu (Rusiya-Moskva)
Prof. Dr. Flora Seyfulina Kazan Dövlət Universiteti (Tatarıstan)
Prof.Dr. Ferit Yusuf Kazan Dövlət Universiteti (Tatarıstan)
Prof.Dr. Nemetullah Hafız Kosova Dövlət Universiteti (Kosova)
Prof.Dr. Hazem Sait Montazır Ayn Şəms Universiteti (Misir)
Prof.Dr. Şakir İbayev L.N.Gumilyov adına Avrasya Milli Universiteti (Qazaxstan)
Prof. Dr. Amantay Şarip L.N.Gumilyov adına Avrasya Milli Universiteti (Qazaxstan)
Prof. Dr. Məhərrəm Qasımlı AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan)
Prof. Dr. Qəzənfər Paşayev AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan)
Dos. Səadət Şıxıyeva AMEA Şərqşünaslıq İnstitutu (Azərbaycan)
Dos. Nəzakət Məmmədli AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan)
Dos. Səriyyə Gündoğdu AMEA Şərqşünaslıq İnstitutu (Azərbaycan)
Dr. Fatima Hoçin Kiril Mefodiy Üniversiteti (Makedoniya)
Təşkilat heyəti:
Akademik İsa Habibbeyli (AMEA)
Akademik Gövher Baxşəliyeva (AMEA Şərqşünaslıq İnstitutu)
Mehmet Cemal Çifçigüzeli (Mehmet Akif Ərsoy Vəqfi)
Prof. Dr. Şevkiye Nas ( Akdəniz Üniversiteti)
Dos. Dr. Səriyyə Gündoğdu (AMEA Şərqşünaslıq İnstitutu)
Dos. Dr. Səadət Şıxıyeva (AMEA Şərqşünaslıq İnstitutu)
Dos. Dr. Vüqar Memmedov (AMEA Şərqşünaslıq İnstitutu)
Dos. Dr. Barat Osmanova (AMEA Şərqşünaslıq İnstitutu)
Dos. Dr. Rəşid Quliyev (AMEA Şərqşünaslıq İnstitutu)
Emilya Xəlilova (AMEA Şərqşünaslıq İnstitutu)
Xanım Abdullayeva (AMEA Şərqşünaslıq İnstitutu)
Humay Cəfərova (AMEA Şərqşünaslıq İnstitutu)
Aytən Rəşidli (AMEA Şərqşünaslıq İnstitutu)
Arzu Dadaşova (AMEA Şərqşünaslıq İnstitutu)
Katib:
Gülnisə Usubova
Simpoziumun e-mail ünvanı: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.