Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA TƏDRİS PROSESİ DƏ ONLAYN DAVAM ETDİRİLİR

28 Aprel 2020

AMEA akad. Z.M.Bunyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsi öz fəaliyyətini pandemiya dövründə onlayn şəkildə davam etdirir. Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova şöbənin doktorant və dissertantlarla qarşılıqlı işini davam etdirir. Lalə Bayramova bildirib ki, Şərqşünaslıq İnstitutunda 17 fevral-25 may tarixlərində istehsalat təcrübəsi keçən Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət mühəndisliyi fakültəsinin Qafqaz üzrə Regionşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi Samir İsayev təcrübə rəhbəri – Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin rəhbərliyi ilə  yönləndirilərək təcrübə proqamına əsasən onlayn tədris vasitəsilə biliklərini artırır.


Aprelin 28-də Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətləri (1918-1920-ci illər) mövzusunda Zoom proqramı vasitəsilə onlayn mühazirə oxuyub. İnternet vasitəsilə mühazirədə Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova da iştirak edib.


 

 

Download Template Joomla 3.0 free theme.