Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMLƏRƏ FƏXRİ FƏRMAN VERİLİB

10 May 2019

Mayın 10-da AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti iclasında AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə əlaqədar bir qrup əməkdaşı bölmənin Fəxri Fərmanı ilə təltif olunub. Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova fəxri fərmanları Şərqşünaslıq İnstitutunun əməkdaşlarına təqdim edib.

 

Fəxri Fərmanla İnstitutun Nəşriyyat və elmi informasiya təminatı şöbəsinin müdiri f.ü.f.d. Ruhəngiz Cümşüdlü, Cənubi Azərbaycan şöbəsinin müdiri t.ü.f.d. Səməd Bayramzadə, İran tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi h.ü.f.d. Sultanəli Mirzəzadə, Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Laura Orucova, İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.ü.f.d. Vidadi Mustafayev, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.ü.f.d Fərda Əsədov və İran filologiyası şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Zümrüd Rəhimova təltif ediliblər.