Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM ƏHMƏD BƏY AĞAOĞLU MÜKAFATINA LAYİQ GÖRÜLÜB

03 May 2019

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə bu il görkəmli ictimai xadim, publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaqdır. Azərbaycan Yazıçılar Birliyi ədəbiyyatımızın xaricdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir və ədibə XX əsr Azərbaycan ictimai-siyasi fikrində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun adını daşıyan mükafat vermişdir.

Mükafatçılar sırasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi də vardır.

O, böyük İran şairi Söhrab Sipehrinin "Suyun ayaq səsi” şeirlər kitabının tərcüməsinə görə bu mükafata layiq görülmüşdür.

“Suyun ayaq səsi” şeirlər toplusu bir neçə il əvvəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “525 kitab” seriyasında nəşr olunmuş və elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Sonralar həmin toplu Tehrandakı “Təkderəxt” nəşriyyatı tərəfindən ərəb qrafikasında da çap edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin yaydığı məlumata əsasən, Əhməd bəy Ağaoğlu mükafatı cari ilin may ayının sonuncu həftəsi laureatlara təqdim ediləcəkdir.

Download Template Joomla 3.0 free theme.