Elmi sessiyada AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək elmi ictimaiyyət tərəfindən Böyükağa Hüseynovun adının Azərbaycan Şərqşünaslıq məktəbinin formalaşması və inkişafı ilə birgə çəkildiyini deyərək, onun fəaliyyətinin yalnız milli çərçivə ilə məhdudlaşmadığını, keçmiş sovet məkanında da geniş əks-səda doğurduğunu bildirib. Azərbaycan Elmlər Akademiyasında şərqşünaslıq istiqaməti üzrə ilk müxbir üzv seçilməsini alimin elm tarixində xüsusi yer tutduğunu göstərən mühüm fakt kimi dəyərləndirən akademik G.Baxşəliyeva B.Hüseynovun uzun illər Şərqşünaslıq İnstitutunda rəhbər vəzifələrdə çalışaraq elmi-təşkilati proseslərə istiqamət verdiyini deyib. Onun İran filologiyası sahəsində sistemli araşdırmaları ilə bu istiqamətdə yeni tədqiqat ənənəsinin əsasını qoyduğunu deyərək, bu sahəyə rəhbərliyi ilə də müvafiq sahədə aparılan tədqiqatların elmi səviyyəsinin yüksəldilməsinə, mövzu dairəsinin genişlənməsinə və gənc tədqiqatçı nəslinin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.
Alimin elmi maraqlarının əsasən XX əsr İran ədəbiyyatının ideya-estetik xüsusiyyətlərini, poeziyada ənənə ilə yenilik münasibətlərini və dövrün ictimai düşüncə axınlarını əhatə etdyini deyən akademik, bu mövzulara həsr olunmuş dissertasiyaların və sonrakı illərdə nəşr etdirdiyi monoqrafiyaların tədqiqatçılar üçün dəyərli mənbə sayıldığını qeyd edib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Şəfəq Əlibəyli “Böyükağa Hüseynov Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin qurucusu kimi” mövzusunda məruzə edib. Məruzəçi görkəmli alimin Şərqşünaslıq İnstitutunun İran filologiyasına rəhbərliyi dövründə şöbənin keçdiyi inkişaf yolundan, onun rəhbərliyi altında şöbə əməkdaşlarının uğurlarından, eləcə də B.Hüseynovun özünün tədqiqatları ilə iranşünaslıq sahəsində xidmətlərindən danışıb.
Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix eləmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Böyükağa Hüseynovun Şərq fəlsəfəsi və ədəbiyyatı irsinin qorunması və təbliğində rolu” mövzusunda məruzə edib. S.Rüstəmova-Tohidi B.Hüseynovun elmi yaradıcılığına nəzər salaraq, alimin Şərqşünaslıq elminin inkişafında ximətlərindən bəhs edib.
Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva “Böyükağa Hüseynovun həyat yolu və bədii irsi” mövzusunda məruzə edib. Məruzədə görkəmli alimin həyat yolu və bədii irsindən söz açılıb, ictimai fəaliyyəti haqqında məlumat verilib. Alimin fəaliyyətinin çoxşaxəli olduğu qeyd edilərək, onun şeir yaradıcılığına nəzər salınıb. Həmçinin B.Hüseynovun pedaqoji fəaliyyəti, elmi kadrların hazırlanmasında böyük rolu olduğu vurğulanıb.
Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Laura Orucova “Böyükağa Hüseynovun Şərqşünaslıq elminin inkişafında və şərqşünas kadrların yetişməsində rolu” mövzusunda məruzə edib. Məruzədə B.Hüseynovun rəhbərliyi altında yetişən elmi kadrların uğurlarından və onların formalaşmasında görkəmli alimin rolundan bəhs edilib.
Tədbirdə Böyükağa Hüseynova həsr olunmuş film nümayiş olunub.
B.Hüseynovun ailə üzvləri də tədbirdə iştirak ediblər. Sonda alimin ailəsi adından çıxış edən oğlu Əsgər Hüseynov atasının xatirəsini ehtiramla yad edən tədbirin iştirakçılarına təşəkkürünü bildirib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda Böyükağa Hüseynovun 100 illiyinə həsr olunan elmi sessiya keçirilib
Martın 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın müxbir üzvü, professor Böyükağa Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyükağa Hüseynov Azərbaycan Şərqşünaslıq məktəbinin görkəmli nümayəndəsi kimi” mövzusunda elmi sessiyaya keçirilib.
