Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Akademik Gövhər Baxşəliyeva - 70

26 Noyabr 2024

 

26 noyabr 2024-cü il tarixində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü  Gövhər  Baxşəli qızı Baxşəliyevanın 70 yaşı tamam olur.

Akademik Gövhər Baxşəliyeva 1977-ci il­­də Azər­­­bay­­can Döv­­­lət Universitetinin Şərqşünas­­lıq fa­­kül­­tə­­si­­ni fərq­­­lən­­­­mə dip­­­lo­­mu ilə bi­­tir­­miş­­dir. 

O, 1984-cü il­­də “Mü­a­­sir Su­­ri­­ya ədə­­biy­­ya­­tın­­da və­­tən­­pər­­vər­­lik möv­­­zu­­­su” mövzu­sun­da nami­­zəd­­lik, 1996-cı il­­də “Əbül-l-Fə­­rəc əl-İs­­fə­­ha­­ni­­nin “Nəğ­­mə­­lər kitabı” və kla­s­­­­sik Azər­­bay­­can ədə­­biy­­ya­­tı” möv­­zu­­sun­­da  dok­­tor­­luq dis­­ser­­ta­­si­­ya­­­la­­rını mü­­­da­­­fiə et­­­miş­­­­dir. 2004-cü il­­də pro­­fes­­sor el­mi adı­nı al­mış, 2014-cü il­­də AMEA-nın müx­­bir üz­­vü, 2017-ci il­­də isə AMEA-nın hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir. Bey­­nəl­­xalq Elmlər Aka­­­de­­mi­­ya­­sı­­nın (Avst­­ri­­ya, İnsb­­ruk) hə­­qi­­qi üz­­vü­­dür.

 

Akademik Gövhər Bax­­şə­­li­­ye­­va əmək fə­a­­liy­­yə­­ti­­nə AEA-nın Şərq­­şü­­­nas­­lıq İnstitu­­tun­­da başla­­ya­­raq baş la­­bo­­rant, ki­­çik el­­mi iş­­­çi, el­­mi iş­­çi, baş el­­mi iş­­çi, şö­bə mü­di­ri və­­­zi­­­fə­­­lə­­­rin­­­də çalışmış­­dır. O, 1993-cü il­­dən Şərq­­şü­­nas­­lıq İns­­­ti­­­tu­­­tu­­nun el­­mi iş­­lər üz­­rə di­­rek­­tor mü­a­­vi­­ni, 1997-ci il­­dən di­­rek­­to­­ru və­­zi­­fə­­si­­ni ic­­ra edən ol­muş­dur. 2002-ci il­­dən isə hə­­min ins­­ti­­tu­­tun direktoru və­­zi­­fə­­sin­­də ça­­lı­­şır.  26 yan­var 2022-ci il­dən AMEA-nın vit­se-pre­zi­den­ti və­zi­fə­si­ni ic­ra edir.

Gövhər Bax­­şə­­li­­ye­­va klas­­sik və mü­a­­sir ərəb ədə­­biy­­ya­­tı, ərəb­­­dil­­li Azər­­bay­­can ədə­­­biy­­­ya­­­tı, mü­­qa­­yi­­sə­­li ədə­­­biy­­­yat­­şü­­nas­­lıq, ədə­­bi əla­­qə­­lər, mən­­­bə­­­şü­­­nas­­­lıq, ha­­be­­lə şərq­­­şü­­­nas­­lıq el­­mi­­nin baş­­qa is­­­­ti­­­qa­­mət­­lə­­ri­­nin in­­ki­­şa­­fın­­da gör­­kəm­­li xid­­mət­­lə­­ri olan və mil­­­li şərq­­­şü­­­nas­­­lıq el­­mi­­ni tədqiqatla­­rı ilə zən­­gin­­ləş­­di­­rən ta­­nın­­mış şərq­­­şü­­nas alim­­­dir. G.Bax­­şə­­­li­­ye­­­va “Əbd əs-Sa­­lam əl-Ücey­­li. Hə­­yat və ya­­ra­­dı­­cı­­lı­­ğı”, “Əbül­­fə­­rəc əl-İsfaha­­­ni­­­nin “Nəğ­­mə­­lər ki­­­ta­­­bı” və klas­­sik Azər­­­bay­­can ədə­­­­biy­­­ya­­­tı”, “Mü­a­­sir Su­­­ri­­­ya heka­­­yə­­­si” və “To­u­­fik əl-Hə­­ki­­min ədə­­bi gö­­rüş­­lə­­ri” ki­­mi fun­­da­­­men­­­tal monoqrafiyaların, “İs­­­­­lam” en­­sik­­lo­­pe­­dik lü­­ğə­­tin (həm­­mü­­əl­­lif), ha­­be­­lə 20 ki­­ta­­bın, o cüm­­­lə­­­dən “Öl­məz­li­yə apa­ran yol”, “İla­hi eşq das­tan­la­rı”, “Mə­qa­lə­lər, mə­ru­zə­lər, mü­sa­hi­bə­lər” (4 cild­də), “Əsas­sız er­mə­ni id­dia­la­rı və ta­ri­xi fakt­lar” (İn­gi­lis di­lin­dən Azər­bay­can və rus dilləri­nə tər­cü­mə), “Этническая идентичность Низами Гянджеви” (rus, in­gi­lis və fars dil­lə­rin­də), “Unu­dul­maz li­der” və s. ki­tab­la­rı­nın, həm­çi­nin or­­ta əsr mən­­­­bə­­­lə­­­ri­­nin şərh­­­li fi­­lo­­­lo­­­ji tər­­cü­­mə­­lə­­ri­­nin mü­­əl­­li­­fi­­dir. Xa­­ric­­də 27 mə­­qa­­lə, mə­­ru­­zə və te­­zi­­si işıq üzü gör­­­müş­­­dür. Onun əsərləri keçmiş sovet respublikalarında və ərəb ölkələrində elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbuatda yazılar gedib,  tədqiqatlarda əsərlərinə çoxsaylı istinadlar edilib. Azər­­bay­­can şərq­­şü­­nas­­lıq el­­mi­­ni bir çox xa­­ri­­ci öl­­kə­­­lər­­­də (Al­­­ma­­ni­­­ya, Tür­­­ki­­­yə, Ru­­si­­ya, İran, İta­li­­ya, Fran­­sa, Mi­­sir, Li­­vi­­ya, BƏƏ, Su­­ri­­ya, Çin, Rumıni­­ya, Ma­­ca­­rıs­­tan, Pol­­şa) la­­yi­­qin­­cə təm­­sil et­­miş­­dir.

Gövhər Bax­­şə­­li­­ye­­va şərq­­şü­­nas­­lıq sa­­hə­­sin­­də bir çox əsər­­lə­­rin el­­mi redaktorudur. “Şərq araş­­dır­­ma­­la­­rı” el­­mi-nə­­zə­­ri və “Azər­­­bay­­­can şərq­­şü­­nas­­lı­­ğı” el­­mi-küt­­lə­­vi dərgilərin baş redaktorudur. Bir sı­­ra dər­­gi­­­lə­­­rin re­­dak­­si­­ya he­­­yə­­­ti­­nin üz­­vü­­dür.

Gövhər Bax­­şə­­li­­ye­­va milli və xarici (Türkiyə, Misir, İraq, BƏƏ, İran və s.) şərqşü­­nas kadr­­la­­rın ha­­zır­­lan­­ma­­sın­­da fə­­al iş­­ti­­rak et­­miş, onun bilavasi­­tə rəh­­­bər­­­li­­­yi ilə 25 na­­mi­­zəd­­lik və 2 dok­tor­luq dis­­ser­­ta­­si­­ya­­sı mü­­da­­fiə olun­­­muş­­­dur. Ha­­­zır­­­da bir ne­­çə dok­­to­­rant və dis­­­ser­­tan­­ta rəh­­­bər­­­lik edir. Bir sı­­ra na­­mi­­zəd­­­lik və dok­­­tor­­­­luq dissertasiyalarına rəs­­mi op­­po­­­nent­­­lik et­­miş­­dir. “Türk xalq­­la­­rı ədə­­­biy­­ya­­tı”, “Dün­­­ya ədə­­biy­­ya­­tı (ərəb ədəbiyyatı)” və “Dün­­­ya ədə­­biy­­ya­­tı (fars ədəbiyyatı)”  ix­­­ti­­­sas­­la­­rı üz­­rə Müda­­fiə şu­­ra­­sı­­nın səd­­­ri­­dir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının uzun illər sədri olmuşdur.

O, pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs aparmışdır.

G.G.Baxşəliyeva elm təşkilatçısı kimi də xeyli işlər görmüşdür. Onun İnstituta rəhbərlik etdiyi dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələrinə aid onlarca tədqiqat hazırlanıb çap olunmuş, bir çox beynəlxalq və respublika elmi konfrans və simpoziumları keçirilmiş, institutun perspektiv inkişaf planları işlənib hazırlanmışdır. Qədim tarixi ənənələri olan Azərbaycan şərqşünaslığı onun direktorluğu dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İnstitutun profili və aparılan elmi tədqiqatların başlıca istiqamətləri genişlənmiş, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-fəlsəfi fikri, filologiyası, Azərbaycanın Şərq ölkələri ilə tarixi-mədəni əlaqələrinin aktual problemləri, Şərq-Qərb qarşılıqlı münasibətləri kompleks şəkildə tədqiq olunmuşdur.

G.B.Baxşəliyevanın fəaliyyəti nəticəsində 1990-cı illərin əvvəllərində baş vermiş kadr axınının qarşısı alınmış və istedadlı gənc kadrların cəlb olunması ilə İnstitutun elmi potensialı möhkəmləndirilmişdir.

Qədim tarixi ənənələrə malik Azərbaycan şərqşünaslıq elmi G.Baxşəliyevanın rəhbərliyi ilə öz yeni inkişaf mərhələsinə qədəm qoydu. İnstitutda aparılan elmi-tədqiqat işlərinin tarixinin, iqtisadiyyatının, ictimai-fəlsəfi irsinin, filologiyasının, habelə Şərq ölkələrinin Azərbaycanla tarixi-mədəni əlaqələrinin aktual məsələləri öyrənilmiş, Şərq-Qərb qarşılıqlı əlaqə və təsir problemləri hərtərəfli tədqiq edilmişdir.

Eyni zamanda institutda şərqşünaslığın ənənəvi klassik istiqamətləri ilə yanaşı Azərbaycan elminin müasir tələblərinə uyğun olaraq yeni tədqiqat sahələrinin inkişafına diqqət yetirilməyə başlanmışdır. Bu məqsədlə institutun strukturunda dəyişikliklər aparılmış, yeni şöbələr (“Şərq-Qərb”, “Cənubi Azərbaycan”*, “Mərkəzi Asiya ölkələri”, “Asiya-Sakit Okean regionu ölkələri”, “Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi”, “Şərq ölkələrinin tarixşünaslığı”) yaradılmışdır. G.B.Baxşəliyevanın rəhbərliyi ilə son illərdə institutun beynəlxalq elmi əlaqələri xeyli genişlənmişdir, ABŞ, Almaniya, Hollandiya, Çin, Rusiya, Türkiyə, Ərəb ölkələri, İran, Özbəkistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Polşa  və sairə bu  kimi bir sıra xarici ölkələrdəki şərqşünaslıq mərkəzləri ilə fəal elmi mübadilələr həyata keçirilmişdir. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən kimi G.Baxşəliyeva İctimai Elmlər bölməsinin Elmi Şurasına sədrlik edərək böyük elmi-təşkilati fəaliyyət göstərir.

Gövhər Bax­­­şə­­­li­­ye­­va, ey­­ni za­­man­­da öl­­kə­­mi­­zin ic­­ti­­mai-si­­ya­­si hə­­ya­­tın­­da da fə­­al iş­­ti­­­rak etmişdir. O, II, III, IV və V ça­­­ğı­­­rış Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı Mil­­li Məc­­li­­­si­­nin de­­­pu­­ta­­tı ol­­­muş, 2001-2005-ci il­­lər­­də AR MM səd­­ri­­nin mü­­a­­­vi­­­ni və­­zi­­fə­­sin­­də çalışmışdır. AR MM-nin İs­­lam Əməkdaş­­lıq Təş­­­ki­­la­­tı Par­­la­­ment İt­­ti­­fa­­qın­­da nümayən­­də he­­­yə­­ti­­nin rəh­­bə­­ri, İKT Pİ İc­ra­iy­yə komitəsi­nin üz­vü, Azər­­bay­­can–Mi­­sir və Azər­bay­can-Li­vi­ya Par­­la­­ment­­lə­­ra­­ra­­sı iş­­çi qru­p­la­rı­nın rəh­­bə­­ri ol­­muş­­dur.

O, bir sıra sәfәrlәrdә Azәrbaycan Respublikası Milli Mәclisinin nümayәndә heyәtinә rәhbәrlik edib (Türkiyә, Misir Ərәb Respublikası, Birlәşmiş Ərәb Əmirliklәri, Suriya, Liviya, Almaniya Federativ Respublikası, Norveç Krallığı, Fransa, Böyük Britaniya, İtaliya, Malayziya, İndoneziya, Sudan, İraq, Niger, İran, Mali, Mәrakeş vә sair), çoxsaylı görüşlәr keçirib, Azәrbaycanın nailiyyәtlәri, üzlәşdiyi problemlәr vә gәlәcәk әmәkdaşlıq perspektivlәri haqqında geniş fikir mübadilәsi aparıb. Azәrbaycan Parlamentini Qәrbi Avropa İttifaqının Parlamentlәrarası Assambleyasının 51-ci sessiyası (Paris, Fransa, 2005),  Bәrpa olunan enerji ehtiyatlarından istifadә (Bonn, Almaniya, 2004), Uşaq haqlarının müdafiәsinә hәsr olunmuş Ümumdünya Qadın parlamentarilәrin konfransı (Roma, İtaliya,  2004), Beynәlxalq enerji tәhlükәsizliyinә hәsr olunmuş beynәlxalq konfrans (Uels, Avstriya, 2006), İstanbulda İƏT Parlament İttifaqının VIII sessiyası vә konfransı, İƏT Parlament İttifaqının IX sessiyası vә konfransı (2006), İƏT Parlament İttifaqının X sessiyası (Kuala-Lumpur, Malayziya, 2008), İƏT Parlament İttifaqının fövqәladә sessiyası (İstanbul, Türkiyə, sentyabr, 2008), İƏT Parlament İttifaqının XI sessiyası (Niamey, Niger, 2009), BMT-nin «Sivilizasiyaların alyansı», II forum (İstanbul, Türkiyə, 2009), İƏT Pİ İcraiyyә Komitәsinin iclası vә sessiyası (2009), AR Parlamentinin qadın nümayәndә heyәti tәrkibindә Rumıniyaya sәfәr (2010), İƏT Pİ II Fövqәladә konfransı (Dәmәşq, Suriya, 2010); İƏT Pİ XIII sessiyası vә konfransı (Əbu-Dabi, BƏƏ, 2011), İƏT Pİ XII konfransı (İndoneziya, Palembanq, 2012), İƏT Pİ VIII sessiyası  (Xartum, Sudan, 2013), İƏT Pİ XII sessiyası (Bamako, Mali Respublikası, 2017), İƏT Pİ XIII sessiyası (Tehran, İİR, 2018), İƏT Pİ XIV sessiyası (Rabat, Mәrakeş, 2019) vә s. mötәbәr mәclislәrdә  layiqincә tәmsil etmişdir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.

Gövhәr Baxşәliyeva elmi mühitin ön sıralarında  gedәn, cәmiyyәtin inkişafına öz töhfәsini verәn, zәhmәtә vә axtarışlara üstünlük verәn ziyalılardandır. Çoxillik sәmәrәli ictimai vә elmi fәaliyyәti, әldә etdiyi bilik vә tәcrübә Azәrbaycan Milli Elmlәr Akademiyasının hәqiqi üzvü Gövhәr Baxşәliyevanın bundan sonra da cәmiyyәtimizә fayda vermәk yollarında inamla xidmәt göstәrәcәyinә işıq salır.

Akademik G.Bax­­şə­­li­­ye­­va “Şöhrət” ordeni (2024), “Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi (1918–2018)”, “Azərbay­can po­li­si­nin 100 il­li­yi (1918-2018)”, Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin “Parlament” me­da­lı, “Azər­bay­can Res­pub­li­ka­sı döv­lət təhlükəsizliyi və xa­ri­ci kəş­fiy­yat orqanlarının 100 il­li­yi (1919–2019)”, “Azər­bay­can Res­pub­li­ka­sı dip­lo­ma­tik xid­mət or­qan­la­rı­nın 100 il­li­yi (1919–2019)”, “Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin 100 il­li­yi (1919-2019)”, Hey­dər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azərbay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı (2024), Mi­sir və Ru­mı­ni­ya Parlamentlə­ri­nin fəx­ri me­dal­la­rı ilə təl­tif edil­miş­dir. Dəfələrlə AMEA-nın fəxri fərmanları ilə təltif olunub. “Qı­­zıl qə­­ləm” mü­­ka­­fa­­tı la­u­­re­a­­tı­­dır.



* 1991-ci ildə beynəlxalq vəziyyətlə əlaqədar bağlanan şöbə G.Baxşəliyevanın səyləri ilə 1997-ci ildən sonra bərpa edilmişdir.

 

Download Template Joomla 3.0 free theme.