Şərqşünas alim konfransda "XX əsrin əvvəllərində beynəlxalq münasibətlər və Naxçıvan məsələsi" mövzusunda məruzə edib. Məruzədə XX əsrin əvvəllərində formalaşmış beynəlxalq münasibətlər və buna təsir göstərən amillər, böyük dövlətlərin regional maraqları və bu kontekstdə Naxçıvan məsələsi, ermənilərin Naxçıvana olan ərazi iddiaları və buna qarşı mübarizə, Naxçıvan Muxtar respublikasının təşkili məsələlərindən bəhs edilmişdir.