İllərdir beynimin əbədi sakini olan bu suala Gəncədə cavab tapdım...
Ölümsüzlük – gərək ki, elə bu deyilən şeydir. Vaxt məfhumunun fövqündə, 1000 il əvvəlin insanı kimi zaman kəsiminin bu günündə yaşayaraq 1000 il sonra da var olmaq. Məkan sərhədlərini əridərək, çərçivələrə sığmayan, irqi, dini, milli, sosial buxovlardan azad bəşərilik statusu qazanmaq. Ölümsüzlük - Yer üzündə İlahi ruhun daşıyıcısı kimi başqa bir mahiyyətin təmsilçiliyinin fərqinə vararaq yaşamaqdır. Bu mahiyyətin özündə ehtiva etdiyi ali məramın, ülvü məqsədlərin idrakıdır ölümsüzlük. Dünya evində səpdiyin xeyirxahlıq toxumlarından pöhrələnənlərin, çəkdiyin müdriklik çeşməsindən bəhrələnənlərin, açdığın təqva çığırı ilə yola çıxanların düşüncələrində ehya tapmaqdır ölümsüzlük. Cismani yoxluğundan əsrlər keçsə belə, ruhani varlığınla dünyanın nizamını nizama salmaqdır ölümsüzlük...
Şərqşünaslıq İnstitutunda Milli Qurtuluş Günü qeyd edilib
İyunun 13-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
FD 1.18 Dissertasiya şurasında Arzu Tofiq qızı Dadaşovanın müdafiəsi keçiril
11 iyun 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.
FD 1.18 Dissertasiya şurasında Arzu Tofiq qızı Dadaşovanın müdafiəsi keçiriləcək
11 iyun 2025-ci il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.