G.Baxşəliyeva səfirə institutun tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva ərəb ədiblərinin yaradıcılığı ilə bağlı aparılan tədqiqatları xüsusi qeyd edib.
Ərəb ölkələrində baş verən hadisələrin Azərbaycan xalqı tərəfindən böyük ürək ağrısı ilə müşahidə edildiyini bildirən Gövhər xanım İordaniyanın bu hadisələrdən ağrısız ötüşməsinin aparılan düşünülmüş siyasətin bəhrəsi olduğunu qeyd edib.
İnstitutla tanışlıqdan məmnun olduğunu bildirən səfir bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Nassar Habaşneh bu görüşün qarşılıqlı əlaqələrin genişlənməsinin başlanğıcı olacağını söyləyərək, səmərəli əməkdaşlıq üçün üfüqlərin açıldığını qeyd edib.