Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA "NƏRİMAN NƏRİMANOV – BÖYÜK MAARİFÇİ VƏ İCTİMAİ-SİYASİ XADİM" ADLI ELMİ KONFRANS KEÇİRİLƏCƏK

21 May 2020

 

2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli maarifçisi, dövlət və ictimai xadimi Nəriman Nərimanovun  anadan olmasının 150 illiyi tamam olub. N.Nərimanov öz ictimai-siyasi və maarifçilik fəaliyyətilə XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin N.Nərimanovun 150 illik yubileyi ilə əlaqədar Sərəncamına uyğun olaraq, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” adlı Respublika elmi konfransı keçiriləcəkdir. AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu konfransda iştirak üçün tezislərin qəbulunu elan edir.

 

 

Məruzə tezislərinin qəbuluna dair tələblər:

 

-  Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, sətirlərarası interval 1.5 olmaqla yazılmalıdır;

 

-  Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;

 

-  Mətnin kənarındakı boşluqlar:

 

Sol tərəf – 3 sm;

 

Sağ tərəf – 1 sm;

 

Yuxarı hissə - 2 sm;

 

Aşağı hissə - 2 sm.

 

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 30 iyun 2020-ci ildir.

 

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

 

Konfransın keçirilməsinin dəqiq tarixi xüsusi karantin rejimindən asılı olaraq müəyyən ediləcək və bu barədə əlavə məlumat veriləcək.

 

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117,AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.

 

Tel: 050 586 13 36