Print this page

ŞƏRQŞÜNAS ALİM KİYEVDƏ BEYNƏLXALQ KONFRANSDA

02 Mart 2020

Fevralın 28-29-da Ukraynanın paytaxtı Kiyevdə Ostrohski Akademiyasının Milli Universitetində “Şərqi və Mərkəzi Avropada islamın öyrənilməsi və təlimi: tarixi xüsusiyyətləri və perspektivləri” adlı beynəlxalq konfrans keçirilib. AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı konfransda iştirak edib.

G.Qafqazlı konfransda “Azərbaycanda dini təhsil" mövzusunda məruzə ilə çıxış edib. Şərqşünas alimimizin məruzəsi maraqla qarşılanıb və G.Qafqazlı sonda konfrans iştirakçılarının məruzə ətrafında suallarını cavablandırıb.