Toplantıda ekspert sifətində Azərbaycanı akademik Şahin Mustafayev təmsil edirdi. Öz məruzəsində o, Azərbaycanda İpək Yolu mövzusunda aparılan elmi tədqiqatlar, ölkəmizin UNESCO-nun İpək Yolu seriya nominasiyası layihəsində iştirak imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri barədə iştirakçılara məlumat verib. Akademik Şahin Mustafayevin çıxışı toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru M.Rösslerə ünvanladığı 18 sentyabr 2019-cu il tarixli məktubuna əsasən Azərbaycanın rəsmi şəkildə İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinə üzv olması elan olundu və bu xəbər iştirakçılar tərəfindən alqışlarla qarşılandı.