Jurnalda “Osmanlı təhrir dəftərlərinin Azərbaycanın orta əsrlər sosial-iqtisadi tarixinin öyrənilməsində önəmi” (akademik Şahin Mustafayev), “Azərbaycan mühacirlərinin matəm günü” (f.ü.f.d. Barat Osmanova), “Şərq dillərinin son 10 ildə öyrənilməsinə dair” (f.ü.f.d. Vüqar Məmmədov), “Azərbaycan və türkmən dillərində feli sifətlərə dilçilərin nəzəri baxışları və feli sifətlərin sintaksisdəki yeri” (Aysel Vəliyeva), “Erkən islam tarixindən bəzi məqamlar” (t.ü.f.d. Əmmar Abbasov), “Çinin qloballaşma dövründə Asiya-Sakit Okean regionunda rolu” (f.ü.f.d. Zenfira Şıxəlibəyli) və s. məqalələrlə tanış olmaq olar.
Jurnalda həmçinin Tacikistan Respublikası barədə geniş məlumatı əks etdirən məqalə, akademik Gövhər Baxşəliyevanın Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl-fəcr” qəzetində dərc edilmiş müsahibəsi, Şərqşünaslıq İnstitutunda son aylarda nəşr edilən kitablar və keçirilən tədbirlər barədə məlumat təqdim edilir.