Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, siyasi vəziyyəti, əhalisi və ərazisi haqqında məlumat verilib. Yazıda həmçinin Misirin qədim qəzetlərindən olan "əl-Əhram"ın 27 iyul 1919-cu il tarixli "Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir" adlı məqaləsindən bir hissə təqdim olunub və oradakı bəzi məqamlara aydınlıq gətirilib.
Məqalədə qeyd olunur ki, 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanımış və həmin dövrdə tanınan Azərbaycan ərazisi Zəngəzur bölgəsini də əhatə etmişdir. Məqalədə müasir Azərbaycan Respublikasının AXC-nin siyasi və hüquqi varisi olduğu da diqqətə çatdırılıb.