Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda türkologiya sahəsində aparılan araşdırmalar barədə məlumat verib. Professor Şükrü Haluk Akalın Şərqşünaslıq İnstitutunun türkoloji tədqiqatlarını yüksək qiymətləndirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunun türkologiya sahəsinə aid yeni nəşrlərini təqdim edib. Professor Şükrü Haluk Akalın da öz növbəsində Türkiyədə bu sahəyə aid nəşr olunmuş kitabları Şərqşünaslıq İnstitutuna hədiyyə edib.