Plenar iclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Bir millət, iki dövlət” prizmasından Azərbaycan-Türkiyə münasibətləri: dünən, bu gün və sabah” mövzusunda məruzə edib.
Bölmə iclaslarında Şərqşünaslıq İnstitutunun əməkdaşlarından Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri fəl.e.d., professor Roida Rzayeva “Rəqəmsal diplomatiya və mədəniyyətin simvolik kapitalı”, Şərq-Qərb şöbəsinin müdiri ilah.ü.f.d., dosent Məmmədəli Babaşlı “Yeni dünya nizamında Azərbaycan-Türkiyə strateji əməkdaşlığı: zərurət və perspektivlər”, Türkiyə tarixi və iqrtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d., dosent Namiq Məmmədov “Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu”, Şərq-Qərb şöbəsinin böyük elmi işçisi f.ü.f.d Ceyhun Ağayev “Türkiyə-Azərbaycan diaspor əməkdaşlığı: Yeni dövrdə strateji yanaşmalar” mövzusunda məruzələr ediblər.
Simpoziumun bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.