Bu sahədə xüsusi seçilən Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin fəaliyyəti bu günlərdə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini, Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru professor Dəmir Muhətdinovun şərqşünas alimə ünvanlandığı təşəkkür və təqdir məktubunda da yüksək dəyərləndirilib.
Professor Dəmir Muhətdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Moskva İslam İnstitutu adından qurumlararası elmi, ictimai-mədəni və kadr hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi aktiv fəaliyyət və xidmətlərə görə Elnur Mustafayevə öz təşəkkürünü bildirib.