Print this page

Şərqşünaslıq İnstitutunda Əzizə İsmayılovanın müdafiəsi keçirilib

06 İyun 2025

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu  nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının  iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.

 

Şurasnın sədri AMEA-nın vitse-prezidnti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın sədriliyi ilə keçən iclasda iddiaçı - institutun Ərəb filologiyası şöbəsinin elmi işçisi Əzizə İsmayılova“Curci Zeydan islam mədəniyyətinin tədqiqatçısı kimi” mövzusunda dissertasiyanı uğurla müdafiə edib.

Dissertantın elmi rəhbəri filologiya elmləri doktoru, dosent Lalə Bayramova, rəsmi opponentlər filologiya elmləri doktoru, professor Kamandar Şərifov, filologiya üzrə fəlsəfə doktoru Aynur Hüseynzadə və filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirova olub.