Print this page

Şərqşünaslıq İnstitutunun əməkdaşı Havanada keçirilən konfransda məruzə edib

06 May 2025

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova 1-4 may 2025-ci il tarixlərində Kubanın Havana şəhərində keçirilən “X Beynəlxalq Latın Amerika Elmi Araşdırmalar Konfransı”nda onlayn iştirak edib.



F.Nəsirova konfransda “Dini motivlərin əxlaqi-didaktik istiqamətlənmədə rolu” adlı məruzə ilə çıxış edib. Məruzədə dinlər tarixində baş verən hadisələr, peyğəmbərlər və səhabələrinin ibrətamiz həyat hekayələrinin ədəbiyyat üçün ideya-tematik mənbə olması ilə yanaşı uşaqların təlim-tərbiyəsindəki əvəzsiz rolundan bəhs edilib. Bədii yaradıcılıq nümunələrində dini motivlərə müraciətin  əsas səbəblərindən biri kimi ədəbiyyatın başlıca məqsəd, məramı ilə dinin prioritet məqsəd və vəzifələrinin üst-üstə düşməsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Tədqiqat predmeti kimi İran uşaq ədəbiyyatının tanınmış simalarından olan Möhsin Hicrinin “Bənövşələr zərifliyində atəş“ hekayələr toplusuna müraciət edilib. Məruzə konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.