Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyası milli-mənəvi dəyərlərin və mədəniyyətin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edir. Bu dəyərlər xalqın tarixini, dilini, adət-ənənələrini, dini inanclarını, musiqisini, ədəbiyyatını və ümumilikdə mənəvi irsini əhatə edir. Konstitusiyada bu dəyərlərin qorunması hüquqi zəmanət altına alınaraq, onların gələcək nəsillərə ötürülməsi və inkişafı üçün əsaslar yaradılır.