Print this page

Birdəfəlik dissertasiya şurasında Mehman Həsənlinin müdafiəsi keçirilib

30 Aprel 2025

30 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 – Dissertasiya şurasının bazasında yaradılmış BED 1.18 – Birdəfəlik dissertasiya şurasının iclasında – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.

 

 

Mehman Həsənli “1980-ci illər türk xalqları romanında janr özünəməxsusluğu: bədii-estetik təkamül mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

İddiaçının elmi məsləhətçi AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor  İsa Həbibbəyli, rəsmi opponentləri Qırğızıstan MEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Abdıldajan Akmataliyev, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova-Kekeç, filologiya elmləri doktoru, dosent Şükufə Qədimovadır.

Qeyd edək ki, dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində yerinə yetirilib.