Vebinarda AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Beynəlxalq münasibətlərdə həssas yanaşmalar” mövzusunda çıxış edərək qlobal əməkdaşlığın tarixi perspektivləri, diplomatiya və mədəni həssaslığın balansı, keçmiş beynəlxalq münaqişələrdən dərslərdən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasətinin əsas aspektlərini vurğulayıb. Alim qeyd edib ki, Azərbaycan 177 ölkə ilə diplomatik əlaqələr qurub və 80-dən çox səfirlik və konsulluğa ev sahibliyi edir, eyni zamanda 62 ölkədə öz diplomatik nümayəndəliklərinə malikdir.
İnteraktiv sual-cavab və açıq müzakirə sessiyasında iştirakçılar məruzəçilərlə birbaşa əlaqə yaratmaq imkanı əldə ediblər və beynəlxalq münasibətlərin gələcək perspektivlərini araşdırıblar.
Vebinarda ADPU-nun Şamaxı filialının, Bakı Qızlar Universitetinin və AZMIU-nun professor-müəllim və tələbə heyəti, müxtəlif ölkələrdən olan akademik auditoriya iştirak edib.
Tədbirin sonunda vebinar iştirakçılarına sertifikatlar təqdim olunub.