Şərqşünas alim konfransda «XVIII əsrin əvvəllərində Həmədan şəhərinin inzibati quruluşu (1727-ci il Osmanlı sənədi əsasında)» adlı məruzə ilə çıxış edib. Məruzədə Həmədan şəhərinin Qərbi Asiyanın mühüm strateji mövqeyə malik olan əsas şəhərlərindən biri olduğu və tarixinin antik dövrlərdən başlamış günümüzə qədər hesablandığı qeyd edilib. Məruzəçi xüsusi strateji mövqeyə malik ərazilərdə möhkəmlənmək və bölgəyə nəzarət etmək məqsədilə Osmanlı, Rusiya kimi güclü dövlətlərlə hərbi əməliyyatlar aparmaq iqtidarında olmayan Səfəvi dövlətinin ərazisinin çox hissəsini itirdiyi və həmin torpaqlarının Rusiya və Osmanlı imperiyalarının ərazilərinə qatıldığını vurğulayıb. Nəticədə Həmədan da XVIII əsrin əvvəllərində Osmanlı hakimiyyətinə keçirilən tarixi Azərbaycan ərazilərindən biri olmuşdur. Çıxışda bu dövrdə Həmədan üçün hazırlanmış «Həmədan əyalətinin müfəssəl dəftəri»nin dəyərli məlumatlarına əsaslanaraq bölgənin inzibati bölgü və idarəçilik məsələləri haqqında məlumat verilib.